“Sabah”da yeni hücumçu – rəsmi
“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fil Dişi Sahilindən olan hücumçu Tiemoko Fofana bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 21 yaşlı futbolçu Finlandiyanın “İlves” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.
Fofana karyerası ərzində “İlves”dən başqa, Danimarkanın “Norşelland” klubunun U-19 komandasında da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin