“Neftçi”nin 9-cu qış çempionluğu

Azərbaycan Premyer Liqasında qış çempionu adını “Neftçi” qazanıb.

Komanda.az xəbər verir ki, Bakı klubu mövsümün qış fasiləsinə 1-ci yerdə yollanıb. Bu, paytaxt təmsilçisinin tarixində 9-cu belə nəticədir. Sonuncu dəfə iki il öncə qış çempionu olan “ağ-qaralar” yenidən eyni göstəriciyə imza atıb.

Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan “Neftçi”dir. “Qarabağ”ın 7 belə uğuru var. “Kəpəz” və “Keşlə” (“İnter” adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb. Digər 5 mövsümdə isə buna fərqli komandalar imza atıb. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik” (sonrakı “Şüvəlan”) də qış çempionluğu yaşayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button