“Bu qədər yaxşı hiss edə biləcəyimi düşünmürdüm” – Klopp
İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Vulverhempton”a 4:0 hesabı ilə qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin müəyyən hissəsinin bu oyunda iştirak etməsi barədə danışan alman mütəxəssis, matçdan razı qaldığını bildirib:
“Oyun, atmosfer çox gözəl idi. Bu qədər yaxşı hiss edə biləcəyimi düşünmürdüm. Çöldə hava necə olur olsun, stadionun içi günəşli idi. 10 ay azarkeşlərsiz qaldıqdan sonra bu hissləri yaşamaq möhtəşəm idi.
Oyundan əvvəl müəyyən çətinliklər vardı. “Vulverhempton” fərqli sistemdə oynayır. Futbolçulara rəqibə necə təzyiq göstərə biləcəklərini demişdim. Onlar bu işin öhdəsindən əla gəldilər. Oyunumuzda hansı nüansı daha çox sevdiyimi deyə bilmərəm, çünki ümumilikdə çox yaxşı performans göstərdik”.
Bizi Facebook-da izləyin