70 min təbrizlinin “Azərbaycan” hayqırtısı – VİDEO

Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb. Təbriz klubu doğma meydanda “Persepolis”lə qarşılaşıb. Lakin “traktorçular”ın bu oyunu yarıda qalıb. Belə ki, qonaq komandanın futbolçusu Omid Alişah təbrizli fanatlara daş atdığı üçün iki komandanın futbolçuları arasında dava düşüb və oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırlıb. Qarşılaşmanın bu gün qaldığı yerdən davam etdiriləcəyi bildirilir.

Pandemiyadan bəri ilk dəfə “Traktor”un 70 min fanatı bu oyunda bir araya gəlib və komandalarını qələbəyə səsləyib. Onlar Azərbaycanla da bağlı ənənəvi şüarlarını səsləndiriblər.

Bizi Telegramda izləyin