58 il sonra böyük məğlubiyyət

“Ayaks” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə “Napoli”yə böyük hesabla uduzub (1:6).

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, Amsterdam klubu 1964-cü ilin noyabrından bəri bütün yarışlarda ən böyük məğlubiyyətə uğrayıb. 58 il əvvəl komanda Niderland çempionatında “Feyenoord”a 4:9 hesabı ilə uduzmuşdu.

Üç turdan sonra “Ayaks” 3 xalla A qrupunda üçüncüdür. “Napoli” isə 9 xalla birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button