“Milan” Leaonun satışını nəzərdən keçirir

“Milan”ın hücumçusu Rafael Leao yay transfer dönəmində komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” portuqaliyalı futbolçunun satışı variantını ciddi şəkildə nəzərdən keçirir. Təxminən 50 milyon avroluq təklif gələcəyi halda klub onunla yollarını ayırmağa hazırdır.

Leaonun adı son aylarda bir sıra Avropa top-klubları ilə yanaşı hallansa da, hazırda konkret təklifin olmadığı bildirilir. Onun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Tərəflər yeni anlaşma ilə bağlı danışıqlar aparsalar da, ortaq məxrəcə gələ bilməyiblər.

26 yaşlı forvard cari mövsümdə “Milan” forması ilə keçirdiyi 30 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Komandaya hazırda Massimiliano Alleqri rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button