Peres: “Alonsonu dəvət etməklə səhv etməmişdim”

“Real”ın prezidenti Florentino Peres komandanın sabiq baş məşqçisi Xabi Alonsonun uğursuz dönəmi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbəri, ispaniyalı mütəxəssisin təyinatını səhv hesab etmədiyini bildirib:

“Xabi Alonsonu dəvət etməklə səhv etməmişdim. Sadəcə, şərait belə gətirdi. Komandanın lazımi səviyyədə mövsümöncəsi hazırlığı olmadı və bu da nəticələrə təsir göstərdi”.

Alonso ötən ilin yayında “Real”ın baş məşqçisi təyin olunmuş, cari ilin yanvarında isə vəzifəsindən göndərilmişdi. Onun istefasına səbəb kimi İspaniya superkubokunun finalında “Barselona”ya məğlubiyyət göstərilir.

2025-ci ilin yayında tarixdə ilk dəfə yenilənmiş formatda keçirilən Klublararası dünya çempionatı bir ay davam etmişdi və bu sıx təqvim komandaların hazırlıq prosesinə ciddi təsir göstərmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button