
“Bayern” ingiltərəli futbolçuya beş illik müqavilə təklif etməyə hazırdır
“Nyukasl”ın vingeri Entoni Qordon karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Münhen təmsilçisinin rəhbərliyi Qordonla beş illik müqavilə imzalamağa hazırdır. “Nyukasl” isə ingiltərəli oyunçusunun transferindən təxminən 90 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qordon cari mövsümdə İngiltərə Premyer Liqasında 26 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



