
Arbeloa “Real”ın futbolçuları ilə dil tapmağı bacarıb
“Real”ın baş məşqçisi Alvaro Arbeloa komandasının əksər futbolçuları tərəfindən dəstəklənir.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis Madrid klubunun oyunçuları arasında böyük hörmət qazanıb. O, müsbət, rahat atmosfer yaratmasına, oyunçularını açıq şəkildə müdafiə etməsinə və şəxsi söhbətlərdə aydın mövqe tutmasına görə futbolçularından dəstək görür. Onlar Arbeloanın yanaşmasının düzgünlüyünə inanır və onun taktikasına etibar edirlər.
Baş məşqçini, xüsusilə, Vinisius Junior, Federiko Valverde, Tibo Kurtua, Orelyen Tçuameni və Antonio Rüdigerin dəstəklədiyi qeyd olunur. Arbeloa gələn mövsüm də “Real”ın baş məşqçisi olaraq qalmaq istəyir və bu oyunçular onun bu istəyini dəstəkləyirlər. Mütəxəssisin, eyni zamanda, Arda Gülər, Fran Qarsiya, Brahim Dias, Kilian Mbappe və Çud Bellingem tərəfindən də sevildiyi bildirilib.
Bizi Facebook-da izləyin



