
PSJ Mbappeyə borcundan 4 milyon avro ödəyib
PSJ hazırda “Real”ın formasını geyinən hücumçu Kilian Mbappeyə dörd milyon avro ödəniş edib.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə Paris təmsilçisi arasında məhkəmə çəkişməsi hələ də davam edir.
Daha əvvəl məhkəmə PSJ-ni Mbappeyə ümumilikdə 60,9 milyon avro ödəməyə məcbur etmişdi. Bu məbləğə futbolçunun maaşı, bonusları və hesablanmış faizlər daxildir.
25 yaşlı forvard 2018–2024-cü illərdə PSJ-nin şərəfini qoruyub. O, bu müddət ərzində Paris klubunun heyətində 308 oyuna çıxaraq 256 qol vurub və 110 məhsuldar ötürmə verib.
Mbappe 2024-cü ilin iyulunda “Real”a transfer olunub. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2029-cu ilin ortalarına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



