Qurban Qurbanov: “Belə meydançada “Nyukasl’la oyuna necə hazırlaşım?”

“Qarabağ” bu gün Premyer Liqanın 20-ci turunun oyununda Qubada “İmişli”nin qonağı olub.

Komanda.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransında iştirak edib. O, Quba stadionunun meydançası ilə bağlı da şikayətini dilə gətirib:

“Futbolçularıma təşəkkür edirəm, çox vacib qələbə qazandılar. Azarkeşlərimizə də təşəkkür edirəm ki, əziyyət çəkib stadiona gəlmişdilər.

Belə meydançada futbol oynamağa necə icazə verilə bilər, başa düşmürəm. Bir neçə gün öncə İspaniyada ot örtüyünün durumuna görə iki oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. Bəzi iradları bildirəndə deyirlər ki, ancaq “Qarabağ”ı düşünür. Bu meydançanı görməyə nə Qurban lazımdır, nə də başqası. Belə olmaz. Dərindən düşünsək, hər şeyin çıxış yolu var. Belə meydançada “Nyukasl’la oyuna necə hazırlaşım? Gərək 3-4 günə futbolçuları bərpa edək. Oyunçular ikiqat yükləndilər. Meydança müzakirə olunası mövzudur. Burada təkcə biz oynamırıq. Məncə, bütün komandalar şikayət edir. Oturub gözləyirdim ki, oyun nə vaxt qurtaracaq. Futboldan başqa nə desən var idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button