Braziliyalı futbolçu “Tottenhem”ə keçə bilər

“Mançester Siti”nin futbolçusu Savio “Tottenhem”ə keçə bilər.

“Şəhərlilər” yay transfer pəncərəsində 21 yaşlı oyunçunu “Tottenhem”ə buraxmamışdı. Ancaq Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub indi Savio ilə bağlı mövqeyini dəyişib.

Mövsümün ilk yarısında yetərincə məhsuldar oynaya bilməməsi səbəbindən “Mançester Siti” yanvarda braziliyalı futbolçu ilə yollarını ayıra bilər. Bu vəziyyətdən “Tottenhem” faydalana bilər, çünki klub “Bornmut”un vingeri Antuan Semenyo ilə danışıqlarda çətinlik çəkir.

Savio cari mövsümdə Premyer Liqada 13 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button