2-ci Liqa uğrunda pley-off matçının vaxtı bilindi

2026/2027-ci illər mövsümü üzrə 2-ci Liqada çıxış etmək üçün pley-off görüşünün vaxtı və yeri müəyyənləşib.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, oyun 29 may saat 16:00-da Yevlax şəhər stadionunda təşkil olunacaq. “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq görüşdə VAR sistemi tətbiq olunacaq.

Matç Peşəkar Futbol Liqasının və klubların birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

29 may 

2-ci Liqa uğrunda pley-off oyunu 

16:00 “Biləsuvar” – “Ağstafa Gəncləri”
Yevlax şəhər stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button