“Tottenhem” 17 dəqiqədə 3 qol buraxan qapıçıdan qurtulmaq istəyir

“Tottenhem”in qapıçısı Antonin Kinski UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko”ya qarşı ilk oyunda zəif çıxışından sonra klubundan ayrıla bilər. O, həmin matçda erkən üç qol buraxaraq, 17-ci dəqiqədə əvəzlənmişdi.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “Tottenhem” 22 yaşlı futbolçunu mövsümün sonunda icarəyə göndərmək niyyətindədir.

Çexiyalı qolkiper ötən ilin yanvarında londonlulara qoşulub. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonunda başa çatacaq.

Kinskinin transfer dəyəri 13 milyon avro olaraq qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button