10 milyon avrodan çox qazanmaq olmaz! – Klub prezidentinin təklifi

“Barselona” klubu oyunçuları üçün maaş limiti tətbiq etmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Barselona”nın prezidenti Xuan Laporta komandanın futbolçularının gəlirlərini məhdudlaşdırmağı təklif edib. Laporta hesab edir ki, “Barselona”nın oyunçuları ildə 10 milyon avrodan çox qazanmamalıdırlar.

Xəbərdə həmçinin vurğulanır ki, “Bayern”in polşalı hücumçusu Robert Levandovski Kataloniya klubuna keçsə, ildə 9 milyon avro qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button