“Napoli”nin prezidenti fikrini dəyişib

“Napoli”nin prezidenti Aurelio de Laurentis nigeriyalı hücumçu Viktor Osimhen və gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın klubdakı gələcəyi ilə bağlı danışıb.

Komanda.az “TNT Sports Mexico”-ya istinadən xəbər verir ki, klub rəhbəri məsələ ilə bağlı dəqiq fikir bildirməkdə çətinlik çəkdiyini deyib:

“Osimhen və Kvaratsxeliyanın klubla müqavilə imzalaması onları burada saxlamaqda bizə kömək olacaq. Lakin heç vaxt heç vaxt demək olmaz. Çünki bəzən imtina edə bilməyəcəyin təkliflər ala bilərsən. Ona görə də, dəqiq nəsə demək çətindir. Amma biz onların uzun müddətli inkişafı üçün çalışacağıq”.

24 yaşlı Osimhen cari mövsümdə “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 25 oyuna çıxıb, 20 qol vurub və 3 məhsuldar ötürmə edib. 22 yaşlı Kvaratsxeliya isə Neapol klubunda 25 oyuna çıxıb, 12 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, klub prezidenti öncədən “Score Nigeria”-ya verdiyi açıqlamada Osimheni satmayacaqlarını deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button