“Zirə”nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqləndi – VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Zirə”nin “Neftçi” ilə matçda qolu qaydalar çərçivəsində vurmadığını təsdiqləyib.

Komanda.az xəbər verir ki, o, milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında həmin epizodda oyundan kənar vəziyyət olduğunu söyləyib.

Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. VAR-da Nicat İsmayıllı əyləşib.

Xatırladaq ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Zirə”nin futbolçusu Brahim Konate oyunun əsas vaxtının əlavə dəqiqələrində bərabərlik qolunu vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button