“Zirə”də yunanıstanlı futbolçu – Rəsmi

“Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qəsəbə təmsilçisi Dimitrios Çantakiasla anlaşıb. 25 yaşlı yunanıstanlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Futbolçunun son komandası Bolqarıstanın “Çerno More” klubu olub. Çantakias daha əvvəl ölkəsinin “Panetolikos”, “Fokiko” və “Kerkira” klublarının da şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button