“Zirə”dən ayrılan futbolçu Portuqaliya klubunda – rəsmi

“Zirə” ilə yollarını ayıran mozambikli futbolçu Klesio Bauk karyerasını Portuqaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi “Maritimo” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baukla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Mozambik milli komandasının da üzvü olan Bauk Azərbaycanda “Zirə” və “Qəbələ”də çıxış edib. O, ötən mövsümün sonunda “Zirə”dən ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button