“Çox təəssüf edirəm” – “Sabah”ın yeni transferi

“Zirə” ilə oyun (1:1) “Sabah”ın yarımmüdafiəçisi Amadu Diallo üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, oyunda hesabı açan qvineyalı futbolçu “Sabah”ın heyətində ilk qoluna imza atıb. Amadu “Sabah”dakı ilk qolu və “Zirə” ilə matçla bağlı klubun saytına açıqlama verib:

“Qələbə qazana biləcəyimiz oyun idi. İlk hissədə yaxşı oynadıq, hesabı açdıq. Lakin ikinci hissədə geri çəkildik. Bundan sonra “Zirə” ardıcıl hücumlar etməyə başladı və sonda hesabı bərabərləşdirdi. Çox təəssüf edirəm. İlk qələbəmizi qazanmağımız bizim üçün çox yaxşı olardı. “Sabah”da ilk qolumu vurduğum üçün xoşbəxtəm, lakin sonda qələbə qazansaydıq, daha yaxşı olardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button