“Zirə”nin “Sumqayıt”la 20-ci oyunu

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, “Zirə” hesabat turunda “Sumqayıt”la üz-üzə gələcək.

Çempionatın lideri olan “qartallar” səfər matçına çıxacaq. Oktyabrın 18-də baş tutacaq oyun iki rəqib arasında 20-ci qarşılaşma olacaq.
İndiyədək “Zirə” Premyer Liqada 19 dəfə “Sumqayıt”la üz-üzə gəlib. Böyük üstünlüyə malik olan “Zirə” 10 qələbə qazanıb və 4 heç-heçə edib. 5 dəfə uduzan “qartallar” top fərqində də öndədir. Rəqib qapısına 26 qol vuran zirəlilər 17 top buraxıb. Səfərdə baş tutan 10 görüşdə 4 dəfə qalib olan “Zirə” rəqib meydanında eyni sayda məğlubiyyət alıb. 2 dəfə sülhlə ayrılan rəqiblərin matçlarında 10 qol vuran “qartallar” 9 top buraxıb.

Qeyd edək ki, oktyabrın 18-də “Sumqayıt Arena”da keçiriləcək “Sumqayıt” – “Zirə” matçına saat 16:00-da start veriləcək.