
“Zirə”dən 5 futbolçu ilə yeni müqavilə
“Zirə” 5 futbolçu ilə müqavilə müddətini uzadıb.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
Bakı təmsilçisi Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni müqavilə imzalayıb.
Həmçinin, 2025/2026 mövsümünün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun anlaşmasındakı bir illik yeni müqavilə bəndi qüvvəyə minib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


