“Zirə”də yeni qolçu

“Zirə”nin futbolçusu Rodriqo Bonqonqui komandada qol hesabını açıb.

Komanda.az xəbər verir ki, fransalı hücumçu Azərbaycan kubokunun “Keşlə” ilə səfərdə keçirilən ilk oyununda (2:1) fərqlənib.

O, “qartallar”ın formasındakı 6-cı matçında ilk topunu vurub. Rodriqo klub tarixinə qol sevinci yaşayan 73-cü futbolçu kimi düşüb. Həmçinin o, “Zirə”nin Azərbaycan kubokunda qol vura bilən 20-ci oyunçusudur.

Qeyd edək ki, Rodriqo “Zirə”yə mart ayında keçib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.