“Zirə” Türkiyəyə yollandı

Bakıdakı hazırlığını başa vuran “Zirə” təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşüb.

Komanda.az xəbər verir ki, “qartallar” 2 həftəlik toplanış dövründə 2 yoxlama oyunu keçirəcək.

Artıq rəqiblərdən biri bəllidir. Paytaxt təmsilçisi Rumıniyanın 1-ci Liqasında çıxış edən “Hermanştadt” klubu ilə qarşılaşacaq. Görüşün vaxtı və yeri hələlik bilinmir.

İyulun 7-də Bakıya dönəcək “Zirə” İsrailin “Makkabi” (Təl-Əviv) komandasına qarşı Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına hazırlığın son mərhələsini burada keçirəcək. “Zirə” ilə “Makkabi” arasında ilk görüş iyulun 21-də Bakıda “Dalğa Arena”da (saat 20:00), cavab görüşü isə iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda (saat 21:30) baş tutacaq.