“Zirə” “Səbail”lə yoxlama oyunu keçirəcək

“Zirə” yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, sözügedən komanda “Səbail”lə qarşılaşacaq.

Bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, iyunun 10-da Zirə İdman Kompleksinin meydançasında keçiriləcək oyuna saat 18:00-da start veriləcək.