“Zirə” milli üzvünü transfer etdi – Rəsmi

“Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qartallar” Benin milli komandasının üzvü Moiz Adileu ilə anlaşıb. 26 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Adileu daha əvvəl Fransanın “Valensiyen”, “Pau”, “Vitre”, Slovakyanın “Slovan”(Bratislava), Yunanıstanın “Kerkira”, “Levadiakos”, Türkiyənin “Boluspor” və Niderlandın “NAK Breda” klubunda da çıxış edib.

Bizi Telegramda izləyin