
Zinçenko komanda məşqlərinə qayıdıb
“Nottingem Forest”in baş məşqçisi Şon Dayç zədəli müdafiəçi Oleksandr Zinçenkonun Premyer Liqanın çərşənbə günü “Vulverhempton”la səfər oyunundan əvvəl sağalması ilə bağlı yeniliklər barədə məlumat verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ukraynalı futbolçunun məşqlərə qayıtdığını söyləyib:
“Zinçenko artıq komanda ilə məşqlərə qayıdıb. Lakin bu, onun ilk tam məşq günü idi, ona görə də hələ də adi rejiminə qayıtmalıdır”.
28 yaşlı futbolçu bu mövsüm komandanın heyətində 6 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



