Zidana görə sevinən Hazard

Son zamanlar adı “Real”la yanaşı çəkilən Eden Hazard, Zinəddin Zidan və gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı vinger, Zidanın “kral klubu”na qayıtmasına görə sevindiyini deyib:

“Real”ın futbolçusu deyiləm, amma Zidanın yenidən komandaya qayıtmasına sevindim. Çünki futbolun Zidana ehtiyacı var. Həm “Real”, həm də azarkeşlər üçün yaxşı oldu”.

Belçika millisinin üzvü gələcək karyerası ilə bağlı da danışıb:

“Hazırda gələcəklə bağlı danışmaq istəmirəm. Çox şey danışılır, amma mənim “Çelsi” ilə daha bir ayım var. Avropa Liqasının qalibi olsaq və növbəti mövsüm Çempionlar Liqasına qatılmaq haqqı qazansaq, möhtəşəm bir mövsüm keçirmiş olacağıq. Daha sonra nələr baş verəcəyini görərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button