Zidanın oğlu karyerasını bitirdi – 29 yaşında
“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidanın böyük oğlu Enzo Zidan karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, bu barədə “Diario AS” nəşri məlumat yayıb. Yarımmüdafiəçi 29 yaşında bu addımı atıb.
Enzo Zidan son olaraq İspaniyada “Fuenlabrada”nın formasını geyinib. O, bu klubdan 2023-cü ildə ayrılıb. Zidan oyunçu karyerası ərzində 203 matç keçirib, 13 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin