“Zaqreb Open”: Azərbaycanın 3 güləşçisi mübarizəyə başlayır

Azərbaycanın daha üç sərbəst güləşçisi bu gün Xorvatiyada keçirilən “Zaqreb Open”də mübarizəyə start verəcək.

Komanda.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov 1/4 finalda ABŞ-dan olan Kollin Raymond Moore ilə qarşılaşacaq.

97 kq-dakı Maqomedxan Maqomedov təsnifatda digər ABŞ təmsilçisi Kayl Snayderlə, 125 kq-dakı Georgi Meşvildişvili eyni raundda polşalı Robert Baranla üz-üzə gələcək.

İlk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medal qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button