“Liverpul” 8 milyon avroya hücumçu alır

“Zalsburq”un futbolçusu Takumi Minamino karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu “Liverpul”a keçməyə yaxındır. Bu barədə “İndependent” nəşri məlumat yayıb. “Liverpul” Minaminonun müqaviləsində olan “8 milyon avroya sərbəst qalır” maddəsindən istifadə etməklə, yapon hücumçunu qış fasiləsində heyətinə qatmağa çalışacaq.

Yaponiya millisinin də formasını geyinən Minamino, bu mövsüm “Zalsburq” formasıyla 22 oyunda 9 qol vurub və 11 məhsuldar ötürmə edib.