Avropa klublarının hədəfindəki zambiyalı

“Zalsburq”un futbolçusu Patson Daka yayda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə İngiltərənin “Liverpul”, İspaniyanın “Sevilya”, İtaliyanın “Roma” və Almaniyanın “Leyptsiq” klubu yaxından maraqlanır. Bu barədə italyan jurnalist Nikola Skira “tvitter” hesabında məlumat yayıb. Sözügedən klublar artıq Daka ilə bağlı “Zalsburq”la ilkin əlaqələr qurub.

Daka bu mövsüm Avstriya Bundesliqasında 18 oyunda 20 qol vurub. Zambiya milli komandasının üzvü olan hücumçunun “transfermarkt”da dəyəri 20 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button