“Zalsburq”un hücumçusu “Borussiya” yolunda

“Zalsburq”un futbolçusu Karim Adeyemi karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, 19 yaşlı hücumçu Dortmund “Borussiya”sına keçə bilər. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Xəbərdə, “Borussiya”nın “Zalsburq”la anlaşmağa yaxın olduğu bildirilir. Tərəflər arasında razılıq əldə olunsa, Adeyemi 2022-ci ilin yayından “Borussiya”da çıxış edəcək.

Adeyemi bu mövsüm “Zalsburq”la 27 oyunda 15 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button