Zəlzələ: 4 güləşçi vəfat etdi

Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat verib.

Kahramanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılıb. Lakin daha sonra 4 nəfərin cansız bədəni tapılıb.

Bunlar Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekizdir.

Daha 4 güləşçi ilə bağlı hazırda məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam edir.

Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button