“Yuventus”un zədəlilərindən ikisi sıraya döndü

“Yuventus”un yarımmüdafiəçiləri Federiko Kyeza və Federiko Bernardeski zədələrini sağaldıblar.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər iki futbolçu artıq komanda ilə məşqlərə başlayıblar. Onlar İtaliya A seriyasında “Milan”la matça kimi hazır olmağa çalışacaqlar.

Xatırladaq ki, “Yuventus” – “Milan” oyunu sentyabrın 19-da keçiriləcək.