“Yuventus” səfərdə, “Milan” evdə darmadağına sevindi

İtaliya A Seriyasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Latsio” öz meydanında “Empoli”ni sınağa çəkib. Paytaxt klubu bu görüşdən minimal hesabla qalib ayrılıb.

İkinci oyun günündə də bir görüş baş tutub. “Roma” səfərdə autsayder “Kyevo”nu üç cavabsız qolla məğlub edib. 

Son turlarda uğursuz çıxış edən “İnter” “Parma” səfərinə yollanıb. Milan təmsilçisi bu görüşdə minimal hesabla qalib gəlib. Turun mərkəzi görüşündə “Napoli” “Fiorentina”nın qonağı olub. Neapollular bu matçdan xal itkisi ilə ayrılıblar.

Lider “Yuventus” bu turda “Sassuolo” ilə, “Milan” isə “Kalyari”ylə qarşılaşıb. Turinlilər səfərdə, milanlılar isə evdə 3 cavabsız qola seviniblər.

İtaliya A Seriyası, 23-cü tur

7 fevral

Latsio – Empoli 1:0
Qol: Kaysedo, 42-pen.

8 fevral

Kyevo – Roma 0:3
Qol: El Şaaravi, 9. Dzeko, 18. Kolarov, 51.

9 fevral

Fiorentina – Napoli 0:0

Parma – İnter  0:1
Qol: L.Martines, 79.

10 fevral

Bolonya – Cenoa 1:1
Qol: Destro, 17 – Lerager, 33.

Sampdoriya – Frozinone 0:1
Qol: Çiofani, 25.

Atalanta – SPAL 2:1
Qol: İliçiç, 57. Sapata, 79 – Petanya, 8.

Torino – Udineze 1:0
Qol: Aina, 31.

Sassuolo – Yuventus 0:3
Qol: Xedira, 23. Ronaldo, 70. Ə.Can, 86.

Milan – Kalyari 3:0
Qol: Çeppitelli, 13-öz qapısına. Paketa, 22. Piatek, 62.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 18 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button