5 il sonra yenidən “Yuventus”da

“Yuventus”un sabiq futbolçusu Simone Padoin məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, 37 yaşlı mütəxəssis Turin təmsilçisində baş məşqçi Massimiliano Alleqrinin köməkçisi olacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Padoin 2012-2016-cı illərdə “Yuventus”da çıxış edib. Keçmiş yarımmüdafiəçi ötən ilin oktyabrında futbolçu karyerasını bitirib.