“Ronaldo kimi futbolçu bir daha gəlməyəcək”

“Yuventus”un sabiq futbolçusu Mehdi Benatia hazırda “Mançester Yunayted”də çıxış edən Kriştiano Ronaldo haqda danışıb.

Komanda.az xəbər verir ki, bir neçə gün əvvəl karyerasını bitirən Benatia, “Yuventus”da bir çıxış etdiyi portuqaliyalı hücumçu ilə bağlı bunları deyib:

“Ronaldo məğlubiyyətləri qəbul edə bilmir. O, uğur qazanmaq üçün bütün həyatını fəda edib. Ronaldo kimi futbolçu bir daha gəlməyəcək”.

Benatia 2018/19 mövsümündə Ronaldo ilə “Yuventus”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button