“Yuventus”un sabiq futbolçusu Ronaldonu tənqid etdi

“Yuventus”un sabiq futbolçusu Cankarlo Marokki “Mançester Yunayted”ə keçən Kriştiano Ronaldonu tənqid edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Marokki, portuqaliyalı hücumçunun “Yuventus”da hücumun mərkəzində oynamaq istəmədiyini deyib:

“Ronaldonun “Mançester Yunayted”in “Nyukasl”la oyununda hücumun mərkəzində oynadığını gördüm. Ancaq o, “Yuventus”da bu mövqedə oynamaqdan imtina edirdi”.