“Yuventus”un futbolçusu əməliyyat olunub

“Yuventus”un yarımmüdafiəçisi və icarə əsasında “Latsio”da çıxış edən Nikolo Rovella uğurlu əməliyyat keçirib.

Komanda.az xəbər verir ki, bu barədə Roma təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu A Seriyasının 26-cı turu çərçivəsində “Kalyari” ilə keçirilən (0:0) oyunda sağ körpücük sümüyünü sındırıb. Qarşılaşma fevralın 21-də baş tutmuşdu. Klubdan bildirilib ki, yarımmüdafiəçi yaxın günlərdə xüsusi reabilitasiya proqramına başlayacaq.

İtaliya millisində bir oyun keçirən Rovella cari mövsümdə klub səviyyəsində 9 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. O, bu ilin sentyabr–yanvar aylarında osteomielit (sümük iliyinin bakterial infeksiyası) səbəbindən də uzun müddət yaşıl meydanlardan uzaq qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button