Pirlo Portuqaliyada baş məşqçilik edə bilər

“Yuventus”un keçmiş baş məşqçisi Andrea Pirlo Portuqaliyada çalışa bilər.

Komanda.az xəbər verir ki, Pirlo “Benfika” klubunda baş məşqçi postuna namizədlər arasındadır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Benfika” rəhbərliyi komandanın baş məşqçisi Jorje Jesusun işindən narazıdır və onunla yolları ayırmağı düşünür. Portuqaliya təmsilçilərinin nümayəndələri bu vəzifə üçün Pirlo ilə danışıqlar aparır.

Pirlo 2020-ci ilin avqustundan 2021-ci ilin mayına qədər “Yuventus”u çalışdırıb. O, bu ilin mayından işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button