“Yuventus”un hücumçusunun evi qarət olundu

İtaliyanın “Yuventus” klubunun hücumçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, oğrular futbolçunun mənzilinin birinci mərtəbədəki pəncərəsini sındıraraq içəri daxil olublar.

Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalını bassa da, soyğunçular evdən müəyyən məbləğdə pul və qiymətli əşyalar götürərək qaça biliblər. Onlar argentinalı hücumçunun bahalı saat kolleksiyasını da oğurlayıblar.

Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button