
Argentinalı futbolçu “Yuventus”a keçə bilər
“Atletiko”nun cinah oyunçusu Tiaqo Almada İtaliya A Seriyasına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” argentinalı futbolçunu “Liverpul”un oyunçusu Federiko Kyezaya alternativ kimi nəzərdən keçirir.
Almada 2025-ci ilin yayında 21 milyon avroya “Botafoqa”dan “Atletiko”ya keçib. O, bu mövsüm Madrid klubunun heyətində 16 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



