“Yuventus” Dibala ilə razılaşa bilmir

“Yuventus”un futbolçusu Paulo Dibala mövsümün sonunda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə italyan jurnalist Sesar Luis Merlo “tvitter” hesabında məlumat yayıb.

Dibala “Yuventus”la yeni müqavilə danışıqları aparır. Tərəflər arasında hələ razılıq əldə edilməyib. Belə ki, argentinalı hücumçu Turin təmsilçisindən maaşının artırılmasını istəsə də, klub tərəfindən bu tələb xoş qarşılanmayıb.

Dibala maaşının artırılmayacağı halda, klubla yeni müqavilə imzalamayacaq.

28 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir. Dibala bu mövsüm 20 oyunda 9 qol vurub.