
“Yuventus”un qeyri-adi dizaynda yeni forması – FOTO
“Yuventus”un dördüncü forması qeyri-adi dizaynda hazırlanıb.
Komanda.az “Footy Headlines”-ə istinadən xəbər verir ki, sponsorlar – “Adidas” və “Studio Sgura” komandanın 1996/97 mövsümünün pre-match (hazırlıq geyimi) formasından ilham alıblar.
Bu qeyri-adi dizayn “Yuventus”un 2025/26 mövsümü üçün dördüncü formasıdır. “Adidas” və “Studio Sgura” komandanın 1996/97 mövsümündəki oyunöncəsi formasından ilhamlanıblar. Zolaqlar ənənəvi qara və ağ rəngdədir, ancaq adi şaquli deyil, üfüqidir.
“Yuventus”un bu formanı fevralın 21-də, A Seriyasının 26-cı turunda “Komo”ya qarşı ev oyununda geyinməsi gözlənilir.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



