“Bu, görünməmiş bir şeydir” – Sarri

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri İtaliya kubokunun finalında “Napoli”yə məğlub olduqları matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Sarri, məğlubiyyətin səbəbini koronavirus pandemiyasına görə yaranmış fasiləylə əlaqələndirib:

“Futbolçular, klub rəhbərliyi və azarkeşlər nəticəyə görə məyusdur. Hazırda optimal fiziki formamız yoxdur. Bir neçə dəyişiklik etdik, qol vurmaq üçün çalışdıq, alınmadı. Hücumlarımızın kəsərini artırmaqda çətinlik çəkirdik. Ardıcıl iki oyunumuz 0:0 hesabıyla bitdi. Bu, görünməmiş bir şeydir. Düşünürəm ki, bunun səbəbi yaranmış fasilədir”.

“Napoli” – “Yuventus” matçının əsas vaxtı qolsuz başa çatıb. Bu üzdən də, komandalar qalibi müəyyənləşdirmək üçün birbaşa penalti seriyasına keçiblər. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Napoli” İtaliya kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button