
“Yuventus”un Çempionlar Liqası “lənət”i
“Yuventus” UEFA Çempionlar Liqasının cari mövsümündə 1/8 final mərhələsinə vəsiqə qazana bilmədi. Luçano Spalettinin rəhbərlik etdiyi komanda pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən “Qalatasaray”a məğlub olaraq, turnirlə vidalaşdı.
Turin təmsilçisi səfərdə “cim-bom”a 2:5 hesabı ilə uduzmuşdu. Komanda cavab qarşılaşmasında isə əsas vaxtın sonunda 3:0 hesabı ilə öndə olsa da, əlavə vaxtda iki top buraxaraq, növbəti mərhələyə çıxa bilmədi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın aparıcı klublarından hesab olunan “Yuventus” 2019-cu ildən bəri Çempionlar Liqasında 1/4 final mərhələsinə yüksələ bilmir. Turinlilərin son illərdəki uğursuz seriyası diqqət çəkir:
2019/2020 mövsümü – 1/8 finalda “Lion”a məğlubiyyət
2020/2021 mövsümü – 1/8 finalda “Portu” səddini keçə bilmədi
2021/2022 mövsümü – 1/8 finalda “Vilyarreal”a uduzdu
2022/2023 mövsümü – qrup mərhələsində mübarizəni dayandırdı
2023/2024 mövsümü – avrokuboklarda iştirak etmədi
2024/2025 mövsümü – pley-offda PSV-yə məğlub oldu
2025/2026 mövsümü – pley-offda “Qalatasaray” səddini aşa bilmədi
Beləliklə, “Yuventus” üçün Avropa arenasında uğursuzluq seriyası davam edir.
Bizi Facebook-da izləyin



