İtaliya klubu Alissona 3 illik müqavilə təklif etməyi planlaşdırır

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” 33 yaşlı qolkiperi heyətinə qatmaqda maraqlıdır və ona müddəti 3 il olan müqavilə təklif etməyi planlaşdırır.

Braziliyalı futbolçunun özü də yay transfer dövründə “Yuventus”a keçməyə müsbət yanaşır.

Alisson Bekkerin “Liverpul”la müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. O, daha əvvəl İtaliya A Seriyasında “Roma”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button