İtaliya klubu Alissonu transfer etməyə çalışacaq – Yayda

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Yuventus” braziliyalı qolkiperə ciddi şəkildə maraq göstərir. Turin klubu onu yay transfer pəncərəsi üçün əsas hədəf kimi müəyyənləşdirib.

Alisson 2018-ci ilin yayından “Liverpul”un formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.

33 yaşlı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında 25 oyuna çıxıb və bu matçlarda 30 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button