“Yuventus” serbiyalını 80 milyon avroya satmağa hazırdır

“Yuventus” yay transfer pəncərəsində hücumçu Duşan Vlahoviçlə yolları ayırmağa hazırdır.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Çelsi” serbiyalı forvardla maraqlanır. Turin təmsilçisi futbolçunu 80 milyon avroya satmağa hazır olduğunu açıqlayıb.

Vlahoviç 2022-ci ilin yanvarından “qoca sinyora”nın formasını geyinir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

O, 2022/23 mövsümündə “Yuventus”un heyətində bütün turnirlər daxil olmaqla 42 oyuna çıxıb, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button